Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alla Puqaçova və Maksim Qalkin İsraildə iş axtarırlar - FOTO

Alla Puqaçova və Maksim Qalkin İsraildə iş axtarırlar - FOTO

Tarix: 2 Aprel 2022 16:02

Səkkiz yaşlı uşaqları ilə Rusiyanı tərk edən müğənni Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin İsraildə iş axtarırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu israilli şoumen Levan Todua deyib.

"Dörd dildə sərbəst danışan Qalkinin tərcüməçi kimi işə düzəldiyi və primadonnanın yerli televiziyada teleaparıcı kimi karyera quracağına dair məlumatlar ortaya çıxdı. Bununla belə, Levan Todua qeyd etdi ki, ön planda Alla Puqaçovanı işi yox, əkizlərin tərbiyəsi maraqlandırır", - deyə "Pyatıy kanal" vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, Alla Puqaçova və əslən yəhudi olan ərinin İsrail vətəndaşlığı almaq üçün artıq sənədlər topladıqlarına dair faktlar var.

"Artıq onlar övladları Liza və Harri üçün məktəb axtarırlar", - deyə mənbədən əlavə edilib.

Milli.Az


Etiketlər:  Alla Puqaçova Maksim Qalkin İsraildə axtarırlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ