Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin XİN: “Ukraynadakı vəziyyətə təsir edə bilmərik”

Çin XİN: “Ukraynadakı vəziyyətə təsir edə bilmərik”

Tarix: 2 Aprel 2022 16:06

"Pekin Rusiyadan Ukraynada xüsusi əməliyyatı başa çatdırmağı tələb edə bilməz, lakin atəşkəs rejimini dəstəkləyir".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Van Lutun brifinqdə Çin və Avropa İttifaqı liderlərinin baş tutan sammitini şərh edərkən bildirib.

"Biz həmişə atəşkəs rejimini dəstəkləmiş və ona töhfə vermişik. Bu münaqişənin ikinci günündə Çin sədri Si Cinpin Rusiya prezidenti ilə telefonla danışıb və bir neçə gün sonra Rusiya və Ukrayna arasında danışıqların birinci raundu baş tutub. İndiyə qədər beşinci mərhələ baş tutub və biz artıq müəyyən irəliləyiş görürük", - deyə o vurğulayıb.

Van Lutun bu prosesdə Çinin rolunu çox qiymətləndirməyin lazım olmadığı barədə də fikir səsləndirib:

"Hərbi fəaliyyətlər suveren ölkələrin qəbul etdiyi qərar olduğu üçün bu, Rusiyanın müstəqil qərarı idi və sadəcə olaraq, Rusiyaya üz tutub: "Siz bu müharibəni dayandırmalısınız" deməyimiz alınmır".

Van Lutun vurğulayıb ki, bu problemin həllinin açarı Çinin deyil, Vaşinqton, Brüssel və Moskvanın əlindədir. Onun sözlərinə görə, bu, Avropanın təhlükəsizliyi məsələsidir, ona görə də buna avropalılar qərar verməlidir.

"Amerikalılar həmişə deyiblər ki, onlar Avropanın təhlükəsizliyindən kənarda qalmayacaqlar, ona görə də ola bilsin ki, onlar da bununla bağlı nəsə edə bilərlər. Məsələn, ABŞ prezidenti Rusiya prezidentinə zəng edib NATO-nun genişlənməyəcəyini, strateji silahların yerləşdirilməyəcəyini, Ukraynanın neytral qalacağını desə, bəlkə də ola bilsin ki, problem həll oluna", - deyə diplomat bildirib.


Etiketlər:  Çin XİN Ukraynadakı vəziyyətə təsir edə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ