Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone-ları Apple icarəyə verəcək?

iPhone-ları Apple icarəyə verəcək?

Tarix: 2 Aprel 2022 21:36

Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Apple şirkəti öz cihazlarını aylıq abunəlik qarşılığında icarəyə verilməsi xidməti üzərində çalışır. Analitiklərin fikirlərinə əsasən şirkət pərakəndə satış üçün smartfonların təqdim olunması biznesini mövcud olan istifadəçi bazasının monetizasiyasına dəyişmək istəyir. İnternetdə artıq Apple şirkətinin yeni abunəlik xidməti barəsində ilk məlumatlar ortaya çıxıb. Şirkətin bu sxemi barəsində yeni məlumatlar Morgan Stanley korporasiyasının aparıcı analitiki Katy Huberty tərəfindən verilib. Onun fikirlərinə əsasən aylıq abunəlik qarşılığında Apple cihazlarından istifadə sxemi istifadəçiləri bir dəfəlik alışdan təkrarlanan alışa keçirdəcək.

Güman olunur ki, Apple şirkətinin orta statistik istifadəçisi şirkətin cihazlarından və proqram təminatından istifadəyə görə mövcud olan orta qiymətdən 1$ daha çox ödəməyə hazırdır. Məlumata əsasən şirkət bu məsələdə istifadəçilərə bir neçə abunəlik variantını təqdim edə bilər. Məsələn büdcəli abunəlik hər 24 aydan bir yeni Apple məhsulundan istifadə etmək imkanını verə bilər. Daha yüksək qiymətə sahib abunəlik sistemi sayəsində isə istifadəçilər yeni cihazları və digər üstünlükləri daha tez zaman intervalında əldə edə bilərlər. Həmçinin bunun sayəsində Apple öz məhsullarından və xidmətlərindən istifadə üzrə detallı satistikanı əldə edə biləcək.

Katy Huberty güman edir ki, aylıq abunəlik sxemi cihazların yenilənmə dövrünü qısaldacaq və yeni servislərin inkişaflarını stimullaşdıracaq. Pərakəndə satıcılar ilə vasitəçilərdən imtina edilməsi halında daha çox istifadəçi bu yeni sxemə keçid edəcək. Gözləntilərə əsasən bu cür aylıq abunəlik istifadəçilərin Apple ID-lərinə qoşulu olacaq və hər ay onların balanslarından həmin abunəliyə görə müəyyən vəsait çıxılacaq. Analitiklər düşünürlər ki, bu abunəlik sxemi sayəsində Apple öz gəlirlərini yüksəldəcək və istifadəçilərə yeni cihazların alınması üçün külli miqdarda vəsait xərcləmə prosesini sadələşdirəcək. Nəticədə istifadəçilər öz iPhone modellərini hər il yenisi ilə əvəz edə biləcəklər.

Milli.Az


Etiketlər:  iPhone ları Apple icarəyə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ