Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi ağalar münaqişəni qızışdırır - Papa

Bəzi ağalar münaqişəni qızışdırır - Papa

Tarix: 2 Aprel 2022 22:04

Roma Papası Fransisk Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibəyə başladığına görə tənqid edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Maltadakı çıxışında ad çəkməsə də, Putinə mesajını çatdırıb.

"Biz düşünürdük ki, başqa ölkələrin işğalları, şiddətli küçə döyüşləri və nüvə təhlükələri uzaq keçmişin qaranlıq xatirələridir. Amma yenə də təəssüflər olsun ki, millətçi maraqların anaxronist bəyanatlarına batan bəzi ağalar münaqişələri qızışdırır. İndi bəşəriyyətə nazil olan müharibə gecəsinin ortasında, xahiş edirəm, sülh arzusunun sönməsinə imkan verməyin", - Roma Papası qeyd edib.

Milli.Az


Etiketlər:  Bəzi ağalar münaqişəni qızışdırır Papa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ