Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 23:57
2020-ci ildə Qarabağ müharibəsində Ermənistanın Putinin "Z" ordusuna aid tanklarından Azərbaycan qüvvələrinə qarşı istifadə etdiyi iddia edilib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
2020-ci il sentyabrın 27-də başlayan Qarabağ müharibəsi düz 44 gün davam edib. Azərbaycan ordusu Qarabağı işğaldan azad etməyə nail olub və Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da müharibə başa çatıb. Müharibənin bitməsindən uzun zaman keçsə də Rusiyanın Ukraynaya hücumu ilə ortaya mühüm bir detal çıxıb.
Sosial şəbəkələrdə əks olunan görüntülərdə bölgədə qarşıdurmaların davam etdiyi bir vaxtda erməni qüvvələrinin üzərində "Z" hərfi olan tanklardan Azərbaycan ordusuna qarşı istifadə etdiyi iddia edilib. İddialara görə, Ukraynanın işğalından əvvəl mənası bilinməyən "Z" hərfi o günlərdə diqqətdən yayınıb.
Qeyd edək ki, Vətən Müharibəsindəki qələbədən sonra 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında Zəfər paradı keçirilmişdi. Paradda müharibədə qənimət götürülmüş Ermənistan ordusuna məxsus texnikaların bir qismi də nümayiş etdirilmişdi. Həmin texnikalardan bəzilərinin üzərində də "Z" hərfi var.
Z HƏRFİNİN MƏNASI NƏDİR?
Rusiya-Ukrayna savaşında gündəmə gələn "Z" hərfinin mənası ilə bağlı çoxlu iddialar irəli sürülüb. Bu iddialardan ən önəmlisi müharibə zamanı dost atəşinin qarşısını almaq üçün tankların üzərinə "Z" hərfinin çəkildiyidir. Qəbul edilən digər iddia isə rus ordusunun şərq və qərb olmaqla iki yerə bölünməsidir. Ölkənin qərb bölgəsindəki qüvvələr üçün "Z" hərfi, şərq bölgəsində xidmət edən əsgərlər üçün isə "V" hərfi istifadə olunur. Qərb Hərbi Dairəsi (Западный военный округ) adlanır. Bu sözün abbreviaturası "ЗВО" və ya latın hərflərindəki "ZVO" kimi yazılır. Bu səbəbdən Qərb Hərbi Dairəsinin texnikası üzərində "Z" hərfi qeyd olunur.