Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Partlayışda xəsarət alanlar arasında əcnəbilər də var

Partlayışda xəsarət alanlar arasında əcnəbilər də var

Tarix: 3 Aprel 2022 09:38

Bakı şəhərində baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

Sonxeber.net xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.

Qeyd olunur ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Etiketlər:  Partlayışda xəsarət alanlar arasında əcnəbilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ