Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 13:54
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin yarıdan çoxunun Ukraynadakı müharibəyə cəlb edildiyi haqda məlumat yayılmışdı.
Sonxeber.net Yenipress.az-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri bu məlumatı qətiyyətlə təkzib etsə də, sosial şəbəkədə yayılan yeni video informasiyanın həqiqət olduğunu üzə çıxarır.
Videoda ukraynalı döyüşçülərə yaralı olaraq əsir düşən rus əsgərin yarasının sarındığı zaman suallara cavab verdiyi görünür. O, Qarabağda rus sülhməramlı kontingentdə xidmət etdiyini bildirir.