Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Halsızlıq, ürəkbulanma, iştahasızlıq... - Mədəaltı vəzidə problemlər

Halsızlıq, ürəkbulanma, iştahasızlıq... - Mədəaltı vəzidə problemlər

Tarix: 3 Aprel 2022 20:15

Mədəaltı vəzi kiçik olmasına baxmayaraq insan orqanizmi üçün çox vacibdir. O, bədənə xüsusi fermentlər ifraz edən orqandır. Bu fermetlər həzm sistemində xüsusi yağları, karbohidratları parçalamağa kömək edir. Mədəaltı vəzin axarı öd axarı ilə birlikdə gəlir, nazik bağırsağın fater məməciyindən onikibarmaq bağırsağa açılır. Bədəndə olan maddələrin parçalanmasında kömək edir.

Sonxeber.net xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin Poliklinika şöbəsinin müdiri Afət Zeynalova məlumat verib.

Həkimin sözlərinə görə, qidalanmaya düzgün əməl edilməzsə, yağlı qidalardan, alkoqollu içkilərdən çox istifadə edilən zaman vəzin fəaliyyəti zəifləyir, daha az fermentlər ifraz edir. Bu da öz növbəsində, ağırlığından asılı olaraq simptomların əmələ gəlməsinə səbəb olur. İlkin olaraq həmin nahiyədə ağrılar başlayır. Ürəkbulanma, qusma, ishal kimi hallar müşahidə edilir. İştah və fiziki aktivlik azalır. Orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.

"Bundan başqa, mədəaltı vəzin insulin ifraz etmə funksiyası da vardır. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Əgər qanda normadan artıq qlükoza yığılarsa, mədəaltı vəzi insulin ifraz edir. Əgər mədəaltı vəzi normadan az insulin ifraz edərsə, şəkərli diabet xəstəliyinin ilkin simptomları yarana bilər".

A.Zeynalova qeyd edib ki, insulindən əlavə, mədəaltı vəzi bir neçə vacib maddələr ifraz edir. Buna qlükaqon, polipeptid, qrelin və s. misal göstərmək olar. Qlükaqon vəzi insulindən fərqli olaraq qanda qlükozanın səviyyəsini artırır. Qrelin vəzi insanın iştahına cavabdehlik daşıyır. Halsızlıq, ürəkbulanma, iştahasızlıq kimi halların yaşanması mədəaltı vəzidə yaranan problemlərdən irəli gələ bilər.

Bu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır.

Mədəaltı vəzi qorumaq üçün qidalanmaya ciddi diqqət etmək lazımdır. Qidalanmalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzin funksiyasının pozulmasına gətirib çıxara bilər. Bir çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzinə ciddi ziyan verə bilər. Mədəaltı vəzidə hiss edilən hər hansı narahatlığa görə mütləq həkimə müraciət etmək lazımdır. /medicina.az


Etiketlər:  Halsızlıq ürəkbulanma iştahasızlıq Mədəaltı vəzidə problemlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ