Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Partlayışda xəsarət alanlarla bağlı daha bir AÇIQLAMA

Partlayışda xəsarət alanlarla bağlı daha bir AÇIQLAMA

Tarix: 3 Aprel 2022 20:58

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

Milli.Az


Etiketlər:  Partlayışda xəsarət alanlarla bağlı daha AÇIQLAMA


RƏYLƏR