Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada həlak olan uşaqların sayı açıqlanıb

Ukraynada həlak olan uşaqların sayı açıqlanıb

Tarix: 4 Aprel 2022 12:50

Rusiyanın Ukraynaya hücumu nəticəsində 161 uşaq həlak olub, 264 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun xəbərində bildirilib.

Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayevdə, Kiyev şəhərində, Jitomirdə, Xersonda və Sumıda olub.

Müharibə nəticəsində 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə dağıdılıb.

Milli.Az


Etiketlər:  Ukraynada həlak olan uşaqların sayı açıqlanıb


RƏYLƏR