Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Biontech”in xalis mənfəəti artıb

“Biontech”in xalis mənfəəti artıb

Tarix: 5 Aprel 2022 08:42

2021-ci ildə Almaniyanın "Biontech" əczaçılıq şirkətinin xalis mənfəəti 10 milyard avro təşkil edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, şirkət bu gəliri koronavirus əleyhinə vaksin istehsalından əldə edib. "Biontech" fəaliyyəti dövründə ilk dəfə 2020-ci ildə xalis mənfəət əldə edib. O zaman göstərici 15 milyon avro idi. Şirkətin rəhbəri Uğur Şahin 2021-ci ili müstəsna dövr adlandırıb. O, şirkətin hazırda qrip vaksini üzərində çalışdığını bildirib.

Qeyd edək ki, ötən il gəliri artan əczaçılıq şirkəti təkcə "Biontech" deyil. Koronavirus əleyhinə vaksin və dərman hazırlayan bütün şirkətlərin gəlirində ciddi artım baş verib.


Etiketlər:  Biontechin xalis mənfəəti artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ