Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 11:06
Ukraynadakı əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı eyhamların zərrə qədər də rasional əsası yoxdur, belə silahlardan istifadə meyarlarının Ukraynada baş verən ssenari ilə heç bir əlaqəsi yoxdur.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT-nin tərksilah komissiyasının sessiyasında çıxışı zamanı deyib.
"Təəssüflə qeyd edirik ki, məsuliyyətsiz Qərb siyasətçilərinin və ekspertlərinin ağzından Ukraynada xüsusi hərbi əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadəsinin mümkün olması ilə bağlı təxribat xarakterli təlqinlər eşidirik", - Polyanski qeyd edib: "Bu məlumatların ən kiçik rasional əsası yoxdur, onlar anti-Rusiya isteriyasını qızışdırmağa yönəlib və Rusiya təhlükəsizlik və müdafiə siyasətinin əsasları ilə tanış olmayan, sırf müdafiə yönümlü xarakter daşıdığını bilməyən ictimaiyyət üçün nəzərdə tutulub".
"Bu gün səslənən uydurmaların əksinə olaraq, Rusiyanın nüvə potensialından istifadə etməsi yalnız ona və (və ya) müttəfiqlərinə qarşı nüvə və digər kütləvi qırğın silahlarından istifadə edilməsinə cavab olaraq və ya ölkəmizə qarşı təcavüz zamanı, dövlətin mövcudluğu təhlükə altında olduqda mümkün ola bilər", - diplomat vurğuladı: "Bu meyarlar heç bir şəkildə Ukraynada baş verən ssenariyə tətbiq edilə bilməz".
Aslan Məmmədov