Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin həyatında ən çox qorxduğu şəxsin adı məlum olub

Baydenin həyatında ən çox qorxduğu şəxsin adı məlum olub

Tarix: 5 Aprel 2022 12:50

ABŞ prezidenti Co Baydenin ən çox qorxduğu şəxs media maqnatı Rupert Merdokdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə iki amerikalı jurnalistin qələmə aldığı "This Will Not Pass: Trump, Biden, and the Battle for America's Future" kitabında yazılıb. 

Kitabın müəllifləri "New York Times" müxbirləri Conatan Martin və Aleks Bernsdır.  

Müəlliflər iddia edir ki, C. Bayden 2021-ci ilin ortalarında adı açıqlanmayan köməkçisi ilə söhbətində 91 yaşlı R. Merdoku "dünyanın ən təhlükəli adamı" adlandırıb.

Kitabın ABŞ-da geniş ictimai rezonansa səbəb ola biləcəyini istisna edilmir.

Məlumat üçün qeyd edək ki, sahibkar və media maqnatı olan Rupert Merdok həmçinin ABŞ-da media, film şirkətlərinin və nəşriyyatların sahibidir.

Milli.Az


Etiketlər:  Baydenin həyatında ən çox qorxduğu şəxsin adı məlum olub


RƏYLƏR