Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 19:05
"İki gündür hamı gecə klubunda olan partlayışdan yazır. Amma ən böyük bəla evimizin içindədir. MTK sahibləri milyonlara sahib olaraq, dövlətə lazimi sənədi verib rüsumu ödəmirlər. Evlər illərlə qazsız qalır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev instaqramda paylaşdığı videoda deyib. O bildirib ki, hazırda bir çox yaşayış binasında qaz olmadığı üçün insanlar propan qaz balonu işlədir:
"İnsanlarda bu balonlar vasitəsilə evlərini, balalarını isidir. Bu propan qaz balonunun isə Türkiyədəki kimi heç birində dedektor yoxdur ki, sızma nəticəsində dayansın və ya partlamanın qarşısı alınsın. İlk əvvəl bunun sahibini tapmaq lazımdır. MTK sahiblərini məsuliyyətə cəlb etmək lazımdır. Hansısa binada bu qaz partlasa bir yox, minlərlə sakin öləcək. Götürüb bir kasıbı müdir qoyub basacaqlar içəriyə. Sahibi də qalacaq".