Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya təyyarəsi İranda təcili eniş etdi

Rusiya təyyarəsi İranda təcili eniş etdi

Tarix: 18 Aprel 2019 12:30

Bakı. Elnur Bağışov - Trend:

Rusiyanın Sankt-Peterburq şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçan "Azur Air Hava yolları" şirkətinin "Boeing 757" təyyarəsi İranın Mehrabad hava limanına təcili eniş edib.

Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının hava qəzalarının araşdırılması idarəsinin baş direktoru Hüseyn Rzayifər deyib.

H.Rzayifərin sözlərinə görə, sərnişinin vəziyyətinin pisləşdiyinə görə təyyarə Mehrabad hava limanına təcili eniş edib.

Baş direktor Mehrabad hava limanının seçilməsini onun şəhərə yaxın olması ilə əlaqələndirib.

Hazırda sərnişin xəstəxanaya aparılıb və təyyarə yanacaq doldurur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya təyyarəsi İranda təcili eniş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ