Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərəvəz yeməklərini yumurta ilə yedikdə effektli olur

Tərəvəz yeməklərini yumurta ilə yedikdə effektli olur

Tarix: 5 Aprel 2022 22:36

Tərəvəzlərin tərkibində olan faydalı maddələr yumurta ilə birlikdə yeyəndə daha yaxşı mənimsənilir.
Belə ki, ən güclü antioksidantlardan biri sayılan karotinoidlərin mənimsənilməsi 9 dəfə (!) artır. Karotinoidlər orqanizmdə A vitamininə çevrilir ki, bu vitamin görməni və immun sistemini gücləndirir.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər xüsusi araşdırma zamanı bir qrup insanlara adi tərəvəz salatı, digər qrupa isə bişmiş yumurta əlavə olunmuş salat verirdilər. Məlum olub ki, yumurtanın salatlara əlavə olunması nəticəsində beta-karotin, alfa-karotin, likopin, lyütein və zeaksantin kimi faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsi xeyli artır.
Nəzərinizə çatdıraq ki, sadaladığımız maddələr orqanizmi bir çox xroniki xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyur, orqanizmin qocalmasını ləngidir.


Etiketlər:  Tərəvəz yeməklərini yumurta ilə yedikdə effektli olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ