Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 07:48
"Ukraynadakı münaqişə uzunmüddətli olacaq".
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
O, iddia edir ki, ABŞ-la müttəfiqləri və NATO tərəfdaşları Ukraynada baş verənlərə uzun müddət cəlb ediləcəklər.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demişdi ki, Ukrayna münaqişəsinin növbəti mərhələsi aylarla və ya daha uzun müddət davam edə bilər.