Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 14:02
Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiq göstərmək üçün sanksiyaları sərtləşdirməyə davam edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.
"Kremlə maksimum təzyiq göstərmək üçün sanksiyalarımızı sərtləşdiririk. Yeni sanksiyalar paketində kömür idxalına qadağa da daxildir.
Düşünürəm ki, neftlə, hətta qazla bağlı tədbirlərə də gec-tez ehtiyac olacaq", - Aİ Şurasının prezidenti vurğulayıb.