Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 14:48
2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgəri canı və qanı ilə tarix yazdı, illərdir davam edən düşmən təxribatlarına layiqli cavab verildi.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Aprel döyüşləri sübut etdi ki, Azərbaycan hərbiçisinin qarşısında heç bir qüvvə, sədd dayana bilməz.
Mənfur düşmənin öhdəsindən peşəkarlıqla gəldiyi tək iş isə miflər yaratmaq idi.
Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev deyir ki, ordumuz əks hücum edərək düşməni kilometrlərlə geri çəkilməyə məcbur etdi.
Aprel döyüşlərindən ilham alan ordumuz Vətən müharibəsində öz sözünü deyərək düşməni kapitulyasiya aktını imzalamağa məcbur elədi.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: