Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 18:20
Türkiyəli müğənni Tuğba Özayın qatıldığı proqramdakı açıqlamaları geniş müzakirəyə səbəb olub.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, müğənni efirə zəng edən tamaşaçının "Eşitdim ki, bir az şorgözsən. Kişilərdə nə axtarıb tapa bilmirsən?" sualına çox hirslənib.
Özay "Bu, səhv yanaşmadır. Haradan eşitmisiniz, məni haradan tanıyırsan? Belə bir üslub varmı? Qadın şorgöz deyil, ola biləz!
Münasibətimdə sadiqəm. Mənim bədənim, ruhum dəyərlidir, qiymətlidir. Şorgöz olmaq nə deməkdir? Nə olursa-olsun tamaşaçı üslubuna fikir verməlidir. Sual verməzdən əvvəl düşünməlisən".
Boyu 1.82 metr olan T. Özay özündən balaca kişilərlə münasibət qurmadığını deyib: "Ya mənim kimi olacaq, ya da məndən hündür... Görünüşə önəm verən biriyəm. Boyu mütləq hündür olmalıdır. Ən azı 1.82 olmalıdır", - deyə o əlavə edib.