Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada Solovyovun villası yandırıldı - VİDEO

İtaliyada Solovyovun villası yandırıldı - VİDEO

Tarix: 6 Aprel 2022 19:56

İtaliyanın Komo gölündə yerləşən Menacco şəhərində naməlum şəxslər rusiyalı təbliğatçı Vladimir Solovyovun villasını yandırıblar.

Sonxeber.net bildirir ki, ANSA-nın məlumatına görə, villada təkərlər yanıb.

İtaliya hüquq-mühafizə orqanlarının əllərində video çəkilişlər var. İlkin araşdırmaya görə, hadisə qəsdən törədilib.

Yanğını yoldan keçən bəzi insanlar görüb və onlar yanğınsöndürənlərə və karabinerilərə xəbərdarlıq ediblər. Villaya ciddi ziyan dəymədiyi qeyd edilir. İstintaq başlayıb.

O da bildirilir ki, Menacciodan bir neçə kilometr şimalda yerləşən Pianello del Lario qəsəbəsində, Komoda yerləşən Solovyovin digər villasının divarlarında müharibə əleyhinə şüarlar yazılıb.

Hər iki obyekt İtaliya hökuməti tərəfindən anti-Rusiya sanksiyaları çərçivəsində həbs edilib.

Xatırladaq ki, Vladimir Solovyov televiziya aparıcısıdır.

Aslan Məmmədov


Etiketlər:  İtaliyada Solovyovun villası yandırıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ