Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evini 13,5 milyon dollara satdı - FOTO

Evini 13,5 milyon dollara satdı - FOTO

Tarix: 6 Aprel 2022 20:08

Amerikalı aktrisa və aparıcı Ellen Degeneres Kaliforniyanın Montecito şəhərindəki evlərindən birini 13,5 milyon dollara satıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, xeyli mülkə sahib olan 64 yaşlı Degeneres bu mənzili 6 ay əvvəl 12 milyon dollara alıb.

Lakin o, villain təmir edib bəzi dekorasiya dəyişikliyi etdikdən sonra 1,9 milyon dollar gəlirlə satmaq istəyib. Həmin qiymətə alıcı tapmayan Ellen endirim etməli olub.

Qeyd edək ki, "Forbes" məlumatlarına görə, özünün televiziya şousu olan Degeneresin şəxsi sərvəti 370 milyon dollardır.

Milli.Az


Etiketlər:  Evini 135 milyon dollara satdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ