Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı 2032-ci ilə qədər rouminqin ləğvini təsdiqləyib

Avropa İttifaqı 2032-ci ilə qədər rouminqin ləğvini təsdiqləyib

Tarix: 6 Aprel 2022 21:24

Avropa İttifaqı (Aİ) son olaraq üzv ölkələr daxilində rouminqin ləğvinin daha on il müddətinə uzadılmasını təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ildə qəbul edilmiş ilkin normanın hüquqi qüvvəsi bu ilin yayında başa çatmalı idi.

İndi rouminqin ləğvi 2032-ci ilə qədər uzadılıb. Bundan əvvəl bu qərar artıq Avropa Parlamenti tərəfindən, bazar ertəsi isə Avropa İttifaqı Nazirlər Şurası səviyyəsində təsdiq edilib.

Avropa Komissiyasının məlumatına görə, rouminq ödənişli olduğu 2016-cı il ilə müqayisədə 2019-cu ildə mobil məlumatlardan istifadə 17 dəfə artıb.

Aİ-də tətbiq edilən qaydalara əsasən, Birliyin başqa üzv dövlətində olduqda mobil internet tarifinin təyin edilməsi operatorun adi tariflərinə uyğun olaraq həyata keçirilməlidir. İstisna, mobil internet üçün limitsiz tariflərin mövcud olduğu Finlandiya oldu. Bununla əlaqədar olaraq Finlandiyanın mobil operatorları digər Avropa ölkələrində internetdən istifadəyə məhdudiyyət qoymaq hüququ əldə ediblər.


Etiketlər:  Avropa İttifaqı 2032 ilə qədər rouminqin ləğvini təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ