Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski təhlükəsizlik təminatlarını müzakirəyə hazır olan 7 ölkənin adını çəkdi

Zelenski təhlükəsizlik təminatlarını müzakirəyə hazır olan 7 ölkənin adını çəkdi

Tarix: 6 Aprel 2022 22:14

Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski Türkiyənin "Habertürk" telekanalına müsahibəsində bildirib.

"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunlar hələ zaminlərin hamısı deyil. Amma mən o ölkələrin adını çəkdim ki, gəlib təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır. Ona görə də bu, ilk addımdır. Bu qarantlarla görüş, sonra - təhlükəsizlik zəmanətləri ilə bağlı birgə anlaşma, sonra isə Rusiya tərəfi ilə əlaqə", - Zelenski deyib. 

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə yox, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.


Etiketlər:  Zelenski təhlükəsizlik təminatlarını müzakirəyə hazır olan ölkənin adını çəkdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ