Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaşinqton Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edir - Lavrov

Vaşinqton Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edir - Lavrov

Tarix: 7 Aprel 2022 16:10

ABŞ və müttəfiqləri Ukrayna rəhbərliyini döyüşləri davam etdirməyə sövq edir.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Kiyevin danışıqlar aparmaq iqtidarında olmamasına və onun "əldə edilən anlaşmalardan kənara çıxaraq danışıqları uzatmağına" işarə edib. "Biz bunu Kiyevin Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunması faktının təzahürü kimi görürük ki, onlar prezident Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər", - deyə diplomatik departamentin rəhbəri vurğulayıb.

Rusiya bütün təxribatlara baxmayaraq, Ukrayna ilə danışıqlar prosesini davam etdirəcək, öz saziş layihəsini irəli sürəcək. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şərhində deyilir.

"Bütün təxribatlara baxmayaraq, Rusiya nümayəndə heyəti bizim bütün ilkin, əsas mövqelərimizi və tələblərimizi aydın və tam şəkildə əks etdirən saziş layihəsini irəli sürərək danışıqlar prosesini davam etdirəcək", - nazir bildirib.

Xarici işlər naziri əlavə edib ki, Rusiya Ukrayna tərəfinin danışıqlarda getdikcə daha çox yeni şərtlər irəli sürəcəyini istisna etmir, belə bir ssenari Moskva üçün qəbuledilməzdir.

"Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək və yeni ilkin şərtlər qoyacaq. Bu plan başa düşüləndir, lakin qəbuledilməzdir", - Rusiya diplomatik departamentinin rəhbəri vurğulayıb.

İstanbul razılaşmalarından çəkilmə

Lavrov deyib ki, aprelin 6-da Kiyev öz saziş layihələrini danışıqlar qrupuna təqdim edib və bu, martın 29-da İstanbulda keçirilən görüşdə qeydə alınan ən mühüm müddəalardan kənara çıxdığını açıq şəkildə göstərir.

"Dünən Ukrayna tərəfi danışıqlar qrupuna öz saziş layihələrini təqdim edib ki, bu da martın 29-da İstanbulda keçirilən görüşdə təsbit edilmiş, üstəlik, Ukraynanın nümayəndə heyətinin rəhbəri Araxamiyanın imzaladığı sənəddə təsbit olunmuş ən mühüm müddəalardan kənara çıxır", - Lavrov dedi.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Vaşinqton Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edir Lavrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ