Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 16:24
"Mən yazmışdım ki, Azərbaycana və azərbaycanlılara sataşanlar heç vaxt xeyir tapmazlar!".
Sonxeber.net xəbər verir ki, bu sözləri Naftalan rayonunun keçmiş icra başçısı, sabiq deputat Musa Musayev "Facebook" səhifəsində yazıb.
O, Rusiyanın LDPR partiyasının sədri Vladimir Jirinovskinin ölümünü özünəməxsus şəkildə şərh edib:
"Mən yazmışdım ki, Azərbaycana və azərbaycanlılara sataşanlar heç vaxt xeyir tapmazlar! Onları əzrailin öhdəsinə buraxaq! Əzrail artıq fəaliyyətdədir, biri getdi! Belə bir məsəl var: "Şir özü bilər, kimi yeyər, kimi saxlayar!""