Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sevimli şou”nun Mikayılı efirə qayıdır

“Sevimli şou”nun Mikayılı efirə qayıdır

Tarix: 7 Aprel 2022 20:10

Mikayıl Güləddinoğlunun MTV-də aparacağı proqramın adı bəlli olub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bir neçə ay öncə Dünya TV ilə yollarını ayıran aparıcı "Axşamdan axşama" adlı proqramla izləyicilərin qarşısına çıxacaq.

Onun Mətanət Əliverdiyevanın yerinə kanala gəldiyi iddia olunur. Belə ki, M.Əliverdiya da həftəiçi hər axşam şou formatında veriliş aparırdı.

Qeyd edək ki, Güləddinoğlu uzun illər Space TV-də fəaliyyət göstərib. Yeni rəhbərlik gələndən sonra isə kanalda onun verilişinin yayımı dayandırılıb.

Aparıcının uzun illərdir təqdim etdiyi "Sevimli şou" və "Sevimli mahnı" verilişləri tez-tez tənqidlərə məruz qalmış, o, bayağılığın təbliğində ittiham edilmişdi.


Etiketlər:  Sevimli şounun Mikayılı efirə qayıdır


RƏYLƏR