Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron: "Müharibə yaxın vaxtlarda bitməyəcək"

Makron:

Tarix: 8 Aprel 2022 11:24

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin yaxın həftələrdə bitməyəcəyi qənaətindədir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o bu barədə RTL radiostansiyasının efirində deyib.

"Təəssüf ki, müharibə yaxın vaxtlarda bitməyəcək. Qarşıdakı günlərdə Donbasda çox çətin durumun şahidi olacağıq. Buna görə də biz Türkiyə, Yunanıstan və BMT ilə birlikdə humanitar yardımın təşkili üçün hər şeyi edirik", - o bildirib.

Prezident, həmçinin "Li Parisien" qəzetinə müsahibəsində söyləyib ki, Fransa Ukraynanın təhlükəsizliyi üçün təminatçı ölkə olmağa hazırdır.

O, danışıqların iştirakçısı statusunu saxlamaq üçün rusiyalı həmkarı Vladimir Putinlə təmasları davam etdirəcəyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Makron Müharibə yaxın vaxtlarda bitməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ