Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 15:50
İllərdir qalmaqal yaşayan, buna görə məhkəməyə, polisə müraciət edən Aysel Şükür və Asya İsmayılova barışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, yaşadığı faciədən sonra günlərdir xəstəxanada olan Ayseli Asya və həyat yoldaşı Fuad İsmayılov ziyarət edib.
Asya Aysellə olan fotosunu paylaşaraq bunları yazıb:
"Sən istəyərsən və biz gəlmərik, Aysel? Təəssüf ki, zamanı geri qaytarmaq mümkün deyil. Düzdür, bəzi şeylər yaşanmamalı idi. Ancaq olan oldu, keçən keçdi. Biz hər şeyi unutduq. Təki sən yaxşı ol, hamımızın duası səninlədir. Sən güclüsən. Allah səni övladlarına bağışlasın".