Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arif Babayevin səhhətində problem yarandı: ''Qan gəlir, həkimlər dedi...''

Arif Babayevin səhhətində problem yarandı: ''Qan gəlir, həkimlər dedi...''

Tarix: 8 Aprel 2022 16:39

Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb. 

Sonxeber.net xəbər verir ki, lent.az-a açıqlama verən muğam ifaçısı bildirib ki, ev şəraitində müalicə olunur: "Həkimlər mənə bir müddət öncə sidikqovucu qoydular. Amma ordan qan gəlir. Dedilər kəsəcək, amma hələ də gəlir.

Həkimlər evə gəlir, müayinə edib gedirlər. İnşallah, yaxşı olar. Doğmalarıma görə hələ bir az yaşamaq istəyirəm. Allah bütün xəstələrə şəfa versin". 

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu. 


Etiketlər:  Arif Babayevin səhhətində problem yarandı gəlir həkimlər dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ