Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaqif Vəliyev komadan ayıldı

Vaqif Vəliyev komadan ayıldı

Tarix: 7 Oktyabr 2025 15:57

Bir neçə gün əvvəl komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a direktorun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, V.Vəliyev süni nəfəs aparatından ayılıb və özü nəfəs alır:

"Hazırda özü nəfəs alır. Amma hələlik müalicəsi Reanimasiya şöbəsində davam edir".

Qeyd edək ki, Vaqif Vəliyev bir neçə gün əvvəl ağır vəziyyətdə Bakıdakı "Məlhəm" hospitala yerləşdirilib. O, komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulmuşdu.


Etiketlər:  Vaqif Vəliyev komadan ayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ