Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapılıb

Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapılıb

Tarix: 8 Aprel 2022 22:06

Kiyev vilayətinin Makarov qəsəbəsində güllələnmiş 132 sakinin cəsədləri tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu qəsəbənin başçısı Vadim Tokar bildirib.

"Biz Rusiya ordusu tərəfindən güllələnmiş 132 mülki şəxsin cəsədlərini aşkarlamışıq" - deyə Tokar bildirib.

Qəsəbə başçısının sözlərinə görə, burada münaqişəyə qədər 15 000 nəfər yaşayırdı. Döyüşlərin şiddətli mərhələsində qəsəbədə min nəfər qalmışdı. Hazırda azad edilmiş yaşayış məntəqəsində tibb briqadası işləyir.

Tokarın sözlərinə görə kəndin 40%-i tamamilə dağıdılıb. Bombalanma nəticəsində xəstəxana, uşaq bağçası və evlər məhv olub. Ərazi minalardan təmizləndikdən sonra qəsəbəyə qaz və elektrik verilməsi bərpa olunur.

Milli.Az


Etiketlər:  Kiyev vilayətində güllələnmiş sakinin cəsədləri tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ