Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 22:46
Ukrayna Slovakiyadan "Dana" özüyeriyən artilleriya qurğuları (NATO adı 155 mm SpGH ZUZANA - red.) ala bilər.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə "Dennikn.sk" saytı məlumat yayıb.
Qeyd olunub ki, silahın alınması ilə bağlı danışıqlar demək olar ki, yekunlaşıb.
Standart "Zuzana" özüyeriyən artilleriya qurğusunda 152 mm-lik mərmilər istifadə edilir ki, mərmilərin çəkisi 43,5 kq olaraq atəş uzaqlığı 18,7 km-dir.
Həmçinin xüsusi olaraq özündə 47 ədəd tank əleyhinə və piyada əleyhinə elementləri olan mərmilər də nəzərdə tutulub ki, bu mərmilərin atəş məsafəsi 28,23 km civarındadır.
Tələb olunan təlim müddəti 1 həftədir. Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. "Dana" 8×8 konfiqurasiyalı "Tatra" şassisində yerləşir.