Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 14:38
Metronun bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı "B-04" olan stansiyanın inşasının ikinci mərhələsi yekunlaşmaq üzrədir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, stansiyanın tikintisi başa çatdırılandan sonra avadanlıqların quraşdırılmasına başlanacaq.
"B-04" stansiya kompleksinin ümumi uzunluğu 170, dərinliyi ərazinin relyefindən asılı olaraq 29-32 metr olmaqla dörd səviyyədə nəzərdə tutulub.
Stansiyanın ikinci mərtəbəsi isə keçid funksiyalı olacaq. Bura vasitəsilə həm də gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybəti birləşdirəcək sarı xəttin "S-06" stansiyasına keçmək mümkün olacaq.
"B-04" metropolitenin 28-ci stansiyası olacaq.