Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 15:10
"Müğənnilər haqda danışanda diqqətli olun. Onun anası, atası, balası var. Təhqir edirsiz müğənniləri. Təsəvvür edin, mən sizi təhqir edirəm, ailəniz bunu görür".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva instaqramda canlı yayımda deyib. İfaçı sosial şəbəkədə ona tənqid yazanlara cavab verib:
"Yazılan rəylər məni pis edir. Sənət yoldaşlarımın necə əziyyətlə pul qazanıb, əziyyət çəkdiklərini görürəm. Heç kimin əziyyətini yerə vurmayın. Bəyənmədiyinizi təhqir etməyin. Heç kim asanlıqla bu yerə gəlib çıxmayıb. Məni sevməyənləri sevmirəm, xoşlamıram. Pis sözlər, təhqir yazanları sevmirəm. Əvvəl cavab vermirdim, amma artıq bezmişəm, yorulmuşam".