Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 15:20
Avropa İttifaqı (Aİ) Rusiyanın məşhur media qurumlarının rəhbərlərinə sanksiya tətbiq edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Avropanın "Rəsmi Qəzet"ində dərc olunub.
Siyahıda TASS agentliyinin baş direktoru Sergey Mixaylov, "Moskovskiy komsomoles" qəzetinin baş redaktoru Pavel Qusev və digərlərinin adları yer alır.
Qərara görə, adları siyahıda yer alan şəxslərin Avropadakı aktivləri dondurulur, onların İttifaq ərazisinə girişi qadağan edilir.