Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadın 9 kəndində internet problemi yaranıb

Cəlilabadın 9 kəndində internet problemi yaranıb

Tarix: 9 Aprel 2022 22:48

Cəlilabad rayonunun 9 kəndinə telefon xəttlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, rayonun bir sıra kəndlərində telefon xətləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: "Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb. İnternet də demək olar, yox vəziyyətindədir".

Problem ilə bağlı "Aztelekom" MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: "MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir. Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir".


Etiketlər:  Cəlilabadın kəndində internet problemi yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ