Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 23:08
Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların hər həftə artacağını bildirib.
Bu barədə "RBC-Ukraina" Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə brifinqinə istinadən xəbər verir.
Britaniya hökumətinin başçısı əlavə edib ki, rusiyalı oliqarxların aktivlərinin dondurulması məhdudlaşdırılmayacaq.
"Rusiyaya təzyiqi artıracağıq. Rusiya Federasiyasına qarşı sanksiyaları hər həftə gücləndirəcəyik", - Conson bildirib.
O əlavə edib ki, Böyük Britaniya özünü aktivlərin dondurulması və ya Rusiya oliqarxlarına qarşı sanksiyalarla məhdudlaşdırmayacaq. Consonun sözlərinə görə, London Rusiyanın öz enerji resurslarından istifadə imkanlarına təsir edəcək.