Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb

Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb

Tarix: 12 Sentyabr 2019 13:16

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Eyni zamanda DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Qeyd edək ki, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:

http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov


Etiketlər:  Sentyabrın 8 keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ