Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyəri sıradan çıxaran BİLMƏDİYİMİZ AMİLLƏR

Qaraciyəri sıradan çıxaran BİLMƏDİYİMİZ AMİLLƏR

Tarix: 10 Aprel 2022 20:45

İnsan spirtli içki qəbul etmirsə, bu o demək deyil ki, onun qaraciyərində heç bir problem yoxdur. Adi meyvələrdən sui-istifadə bu orqanın sağlamlığına çox ciddi ziyan vura blər.

Saglamolun.az Focus nəşrinə istinadla bildirir ki, bəzi bilmədiyimiz amillər qaraciyərə çox ciddi ziyan vura bilir.

1. Belə amillərdən biri vitamin, mineral, qida əlavələrinin tez-tez və həkimlə məsləhətləşmədən qəbuludur. Bu maddələr qaraciyərdə emal olunur və onların artıqlığı (xüsusilə A, B3 vitaminlərinin) qaraciyərə ziyan vurur. Mütəxəssislər qeyd edirlər ki, insan vitamin və s. nutrientləri ilk növbədə qidadan almağa çalışmalıdır. Bunun üçün isə qidalanma sağlam və tamdəyərli olmalıdır.

2. Dərmanların yerli-yersiz qəbulu da qaraciyərə çox ciddi ziyan vurur. Burada söhbət xüsusilə ağrıkəsici, qeyri-steroid iltihab əleyhinə preparatlardan gedir. Dərmanlar da qaraciyərdə zərərsizləşdirdiyi üçün onların çoxlu miqdarda qəbulu qaraciyərin sağlamlığına ciddi ziyan vurur.

3. Yuxarıda qeyd etdiyimiz kimi, meyvələrin də həddindən artıq çoxlu miqdarda istehlakı qaraciyər üçün ziyanlıdır. Meyvələrin tərkibində olan fruktoza qaraciyərin piylənməsinin riskini artırır.

4. Artıq çəki qaraciyər xəstəliklərinin əsas risk faktorlarından biridir. Bu zaman qaraciyərin hüceyrələrində piy toplanmağa başlayır. Qaraciyərin piylənməsi isə fibroz və daha sonra sirrozun inkişafına təkan verə bilər.


Etiketlər:  Qaraciyəri sıradan çıxaran BİLMƏDİYİMİZ AMİLLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ