Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Tarix: 10 Aprel 2022 23:54

Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.

Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.

"İrəli, Respublika" Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.

Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək. İkinci tur aprelin 24-nə planlaşdırılıb.


Etiketlər:  Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ