Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 13:56
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar beş metr dərinlikdə qeydə alınıb.
Təkanlar qonşu vilayətlərdə də hiss olunub.
Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin