Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina edib

ABŞ Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina edib

Tarix: 11 Aprel 2022 08:20

Amerika Birləşmiş Ştatları hələ də sovet istehsalı olan qırıcıların Almaniya ərazisindən Ukraynaya ötürülməsi ideyasını dəstəkləmir.

Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu "NBC" televiziyasına müsahibəsində Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Şərqi Avropada bir ölkə Kiyevə MiQ-29 və ya digər sovet istehsalı olan təyyarələr göndərmək arzusunu ifadə edərsə, bu, onların öz qərarı olacaq.

Sallivan onu da qeyd edib ki, Amerika tərəfi ümumiyyətlə Almaniyadan təyyarələr göndərəcəyini açıqlamayıb.


Etiketlər:  ABŞ Ukraynaya qırıcılarını verməkdən imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ