Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Tsxinvalidə keçirilmiş qondarma ''prezident seçkiləri''ni tanımır - XİN

Azərbaycan Tsxinvalidə keçirilmiş qondarma ''prezident seçkiləri''ni tanımır - XİN

Tarix: 11 Aprel 2022 09:51

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanat yayıb.

Bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".


Etiketlər:  Azərbaycan Tsxinvalidə keçirilmiş qondarma prezident seçkilərini tanımır XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ