Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 12:36
Şəkidə bir-neçə metrlik yola görə hektarlarla ərazini suvarmaq olmur. Səbəb yoldakı su borusunun çıxarılmasıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Şəkidə Qoxmuq-Qaradağlı yolundan Babaratma kəndinə gedən yola asfalt vurularkən su borusu çıxarılıb və sonradan yerinə qoyulmayıb.
Nəticədə 37 hektar ərazidə taxıl, tütün və tərəvəzlər əkən kənd sakinləri çətin vəziyyətə düşüblər.
Qoxmuq kənd bələdiyyəsindən bildirilib ki, sakinlərin şikayətindən xəbərdardırlar. Qeyd edilib ki, su borusunun çıxarılması əkin sahələrinin suvarılmasında problem yaradır.
Məsələ ilə bağlı ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kənd sakinləri tərəfindən quruma rəsmi qaydada müraciət edilməyib.
''Kənd sakinləri müraciət etikdən sonra əraziyə baxış keçiriləcək. Bundan sonra problem aradan qaldırıla bilər'',- deyə Anar Nəcəfli əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: