Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa toplantısı, ermənilərin ABŞ-ı satması və Fransa meydanındakı əski parçası

Şuşa toplantısı, ermənilərin ABŞ-ı satması və Fransa meydanındakı əski parçası

Tarix: 11 Aprel 2022 13:30

Azərbaycan parlamentinin sədri erməni spikeri susdurandan bir həftə sonra Milli Məclisin iki komitəsinin birgə iclası keçirildi. Şuşada! Özü də Hüquq siyasəti və dövlət quruculuğu ilə Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitələrinin iclası! Komitələrin adı çox şeyi deyir...

Azərbaycanın şərəf tarixində növbəti hadisə, daha bir ilkdir. Şuşa ilində Azərbaycan parlamentinin komitə iclası Şuşada keçirildisə, demək ən azı bir plenar iclasın keçirilməsi də gözləniləndir.

Milli.Az musavat-a istinadən xəbər verir ki, deputatlar plenar iclasa təqdim olunan qanun layihələrini Azərbaycanın qala şəhərində, Xankəndinin başının üstündə müzakirə etdilər. Gündəliikdəki məsələyə diqqət edin: "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiqlənməsi! Şuşa, "Qafqaz Qartalı" və...Şuşa Bəyannaməsinin ardınca! Bayquş Ermənistana növbəti xəbərdarlıq!

İki il öncə separatçı-terrorçu rejim Xankəndidəki oyuncaq "parlament"i Şuşaya köçürəcəyini anons edirdi, indi aşağıdan-yuxarı, "ulduza baxan köpəklər" misalındadırlar...Tarix beləcə yazılır, o qədər ciddi hadisələr ardıcıl cərəyan edir ki, bəzən fərqinə varmırıq.

Ermənilər çaş-baş durumdadırlar. Dünənə qədər ümid edirdilər ki, ABŞ-dan dəstək gələcək. Amma birdən ayıldılar ki, Ağ Ev Ermənistana yardımları azaltmaqda, Qarabağ separatçılarına isə qapıları birdəfəlik bağlamaqda qərarlıdır. Fransadan nicat gözləyirdilər, amma gördülər ki, yox, Paris özünün "kiçik bacısı"na görə özünü Azərbaycanla yaman etmək niyyətində deyil. Üstəlik, Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranmış geopolitik durum ermənilərin "Minsk Qrupu" arzusunu da gözündə qoydu. Hətta erməni quldurlarının ümid yeri olan Kələntəryan səviyyəsində təxminən bu şəkildə elan olundu ki, "yoxdur, ölüb" belə bir qrup. İndi məlum oldu ki, rusiyalı həmsədr ötən ay niyə tək gedibmiş İrəvana, ondan sonra da Kasprşik...Artıq bunları bir araya gətirmək fələyin də gücü daxilində deyil.

Diqqət edin: Brüsseldəki məğlubiyyətdən, Minsk Qrupunun iflasından sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan özünü Moskvaya yetirdi, Lavrovdan nəsə bir şeylər qopartmağa çalışdı. Başı Ukraynadakı müsibətlərə qarışmış rus diplomat da az qaldı desin ki, "sən şükürlüsən, ay Mirzoyan, get, başının çarəsini qıl".

Ardınca Nikol Paşinyan Putinə zəng etdi. Hansı ki, cəmi bir həftə deyil aralarında telefon danışığı olmuşdu. Azərbaycan ordusunun Fərruxdakı mövqelərindən şikayətlənib, ağasından kömək istəyib. Axmaqlığın həddinə baxın! Brüsseldə Azərbaycan liderinin qarşısında başıaşağı oturub, sonda sülh təkliflərini qəbul etdi, sərhədlərin dəqiqləşməsi üçün birgə komissiyanın formalaşdırılmasına razılıq verdi, amma İrəvana qayıdan kimi Putinə şikayətləndi ki, Azərbaycan əsgərini əvvəlki mövqelərinə qaytarmaq üçün köməklik göstərsin. Bu doğrudanmı qanmır ki, sərhədlərin dəqiqləşməsi həm də Qarabağın Azərbaycan ərazisi olaraq tanınması deməkdir və Bakının da əsas şərti budur?! İndi sənə nə dəxli var, mənim əsgərim Fərruxda dayanır, ya Qırmızı Bazarda? Bitmiş bir məsələ ilə bağlı yenə nə donquldanır?

Görünən budur ki, erməniləri yenə də qurdalayanlar, onlardan oyuncaq kimi istifadə edənlər var. Budur, İrəvanda ABŞ əleyhinə etiraz aksiyası keçirilib. Diqqət edin, etirazçılar ölkədə Qərbə bağlı bioloji silah kimi istifadə olunan xüsusi laboratoriyaların ləğv edilməsini tələb ediblər. Təşkilatçılar deyib ki, Ermənistan kimi ölkədə bioloji silah olmamalıdır. Daşın haradan atıldığının fərqindəsiniz yəqin. "Soros uşağı"nın ölkəsində ABŞ-a qarşı aksiya! Dünənədək Rusiya Ermənistandakı ABŞ laboratoriyalarından narazılığını ifadə edirdi. Ekspertlər də bildirirdilər ki, İrəvandakı ABŞ səfirliyində 2 minlik (!) kontingentin olması görünməmiş məsələdir. Amma ermənilər amerikalı heyəti "can-başla" qucaqlayıb, onların varlığından məmnunluq ifadə edirdilər. Nə oldu bəs? Demək, ermənilər "bir daşla iki dovşan" vurmaq istəyir. Əvvəla, Rusiyanın xoşuna gəlməyə çalışırlar, hesab edirlər ki, ABŞ və Fransanın dirsək göstərməsindən sonra Moskva onlara arxa-dayaq olacaq. Hətta Rusiyanın ürəyinə "girmək" üçün "traktorlu aksiya" keçirtdilər. Lavrovun Ermənistan-Azərbaycan sərhədində rus hərbçilərin dayanacağı barədə vədi də onların işinə yarayır. Eyni zamanda Qarabağdakı rus sülhməramlılarına xilaskar kimi baxırlar. Anlayırlar ki, ruslar getsə, belləri qırılacaq. Ona görə də Ukrayna döyüşləri üçün 4 ədəd SU qırıcısını Rusiyanın ixtiyarına verməklə kifayətlənməyib, bütünlüklə Kremlin ixtiyarına keçməyi hədəfləyirlər. Eyni zamanda ABŞ-ı bu yolla şantaj etməklə növbəti dəfə böyük maliyyə yardımı almağı düşünürlər. Dəfələrlə ağalarını dəyişdiklərinin şahidi olmuşuq, bu da o "xanə"dəndir. Satqınlıq bunların qanındadır...
Ermənilər özlərini o qədər itiriblər ki, artıq bir-biri ilə də nifaqa başlayıblar. Daha on illərdir barəsində danışılan erməniçilik, erməni mifi, vahid erməni diasporu yoxdur, ölüb! Budur, İrəvanın mərkəzindəki Fransa meydanında daha bir aksiya keçirilib. Bu dəfə ABŞ-a, yaxud Fransaya qarşı yox, Ermənistan ermənilərinə qarşı! Demək, bir az əvvəl Qarabağ separatçılarının buradakı əski parçasını ermənilər özləri təhqir etmişdilər. Hətta belə şayiə də yayılmışdı ki, bunu Azərbaycan kəşfiyyatı edib. Amma sonradan məlum oldu ki, separatçıların unitaz formalı əski parçasını elə ermənilər özləri təhqir edib. Əsas səbəb də Qarabağdakı separatçı-terrorçu rejimin Rusiyaya birləşmək üçün imza toplamasıdır. Ermənilər deyirlər ki, əgər Qarabağdakı separatçılar Rusiyaya birləşəcəkdisə, onda niyə Ermənistan bu torpaqlar uğrunda bu qədər itkilər verməliydi? Aprelin 9-da bir qrup erməni terrorçu "artsax"ın "bayrağı"nın-əski parçasının qoyulduğu Fransa meydanına toplaşaraq, onun yenidən "murdarlana biləcəyindən" ehtiyatlandıqlarını elan ediblər. Xatırladaq ki, bu əski parçası aprelin 5-də Fransa meydanında qaldırılıb, "Qarabağın öz müqəddəratını təyin etmək uğrunda mübarizənin simvolu olaraq". İndi iki qrup üz-üzə qalıb, terrorçu "artsax"ın əski parçasını qoruyan və onu zibilliyə atmağa çalışanlar...

44 günlük dərs bəs eləməyib, hələ "əski" söhbəti edirlər. Bu xəstə millət heç olmasa Şahnazaryanın tövsiyəsinə qulaq asıb "Qarabağ Azərbaycandır" demir, əksinə, bir-biri ilə mübarizəyə girişiblər: bir hissəsi deyir Qarabağ Ermənistanın ərazisidir, digər hissəsi deyir yox, ya müstəqildir, ya da Rusiyaya birləşdirilməlidir.

Azərbaycan ərazisi uğrunda bir-birini qırmağa hazır olanlarla təbii ki, asan olmayacaq. Odur ki, tezliklə sülhün əldə olunacağı da inandırıcı deyil. Paşinyan indi 19 aprel görüşünə hazırlaşır, Moskvadan nə ilə qayıdacaq, deyə bilmərik. Amma belə görünür ki, Moskvanın moderatorluğu ilə 3 razılaşmaya əməl etməyən, hətta 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndini icra etməkdən boyun qaçıran, silahlıları torpaqlarımızdan çıxarmaq istəməyən, üstəlik, Azərbaycan əsgərindən Putinə şikayət edən Nikolun ölkəsi ilə növbəti dəfə Dəmir Yumruq danışmalı olacaq. Bunlara söz kar eləmir, küçəsindəkilərdən tutmuş, hakimiyyətdəkilərinədək...

Milli.Az


Etiketlər:  Şuşa toplantısı ermənilərin ABŞ ı satması Fransa meydanındakı əski parçası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ