Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibə Rusiyada unitaz qıtlığı yaradacaq

Müharibə Rusiyada unitaz qıtlığı yaradacaq

Tarix: 12 Aprel 2022 14:06

Ukraynadakı hərbi əməliyyatlar, Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyalar və Çində COVİD-19 koronavirus epidemiyası ilə bağlı lokdaunlar Rusiya Federasiyasında tikinti, bəzək və santexnika materialları ilə məmulatlarının təminatında ciddi problemlər yaradıb.

Milli.Az "Kommersant"a istinadən bildirir ki, bir neçə ay sonra Rusiyadakı tikinti materialları, santexnika avadanlığı, inşaat kimyası, alətlər və mühəndis avadanlığı çatışmazlığı yaranacaq. Dükanlar şəbəkələri Rusiyada hələlik anbarlarda olan malları satırlar.

Satıcı şirkətlər çatışmazlığı yerli istehsalçılar hesabına həll etmək niyyətində olsalar da, Rusiyadakı istehsalçıların xammal alışı ilə bağlı ciddi problemləri mövcuddur.

Problemlər yaxın iki ayda başlayacaq. Əsas çətinlik Qərbin bir sıra ölkələrindən Rusiyaya əsasən inşaat alətləri, santexnika və bağ texnikasının idxalının dayanmasıdır.

Satıcılarda həm loqistik məhdudiyyətlərlə malların gətirilməsində çətinliklər yaranıb, həm də xarici ölkələrdəki satıcılara ödənişlərin gerçəkləşdirilməsi faktiki olaraq mümkünsüz olub.

Rusiyanın iri satış şəbəkələrində artıq indi ventilyasiya avadanlığı və ventilyatorlar, avtomatika, isitmə sistemləri üçün avadanlıq və s. ilə bağlı qıtlıq müşahidə olunur.

Avropa İttifaqının Rusiyaya qarşı aprelin 8-də tətbiq etdiyi 5-ci sanksiyalar paketi nəticəsində bir sıra inşaat və bəzək materiallarının ölkəyə gətirilməsi artıq mümkün deyil.

Yasaqlanan mallar arasında müxtəlif boyalar və laklar, gil, müxtəlif vanna, unitaz, duş kabinləri növləri, kağızlar, çini dam örtükləri və s. var.

Rusiya Federasiyasında satılan lak-boya materiallarının əksəriyyəti adətən yerli istehsaldır. Lakin onların istehsalı üçün zəruri komponentlər xaricdən, o cümlədən Avropa İttifaqı ölkələrindən idxal edilir.

Bəzi komponentləri Çindən alınacaq analoqlarla əvəzləmək olar, lakin belədə yekun məhsulun keyfiyyəti aşağı düşəcək.

Əslində, Çindən xammal daşınması da müşkül işə dönüb. Belə ki, əvvəllər zəruri xammal Novorossiysk limanı vasitəsilə daşınırdısa, indi ya dəmiryolu, ya da Vladivostok vasitəsilə istehsal müəssisələrinə çatdırılır.

"Mediterranean Shipping Company", "CMA CGM" və "Maersk" kimi konteynerdaşıma şirkətlərinin Rusiyada fəaliyyətdən imtina etmələri də problemləri artırıb.

Mütəxəssislərin dediklərinə görə, santexnika və mürəkkəb elektronika Rusiyanın inşaat materialları satışı bazarının ən zəif nöqtələridir.

Rusiyadakı santexnika istehsalçıları Ukraynanın Luqansk vilayətindən kaolin alınmasına hesablandıqları üçün, Çindən kaolin alınması yekun məhsulun qiymətini qaldıracaq, keyfiyyətini aşağı salacaq.

Milli.Az


Etiketlər:  Müharibə Rusiyada unitaz qıtlığı yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ