Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Muğam axşamları"nın aprel konserti təqdim olunacaq

Tarix: 12 Aprel 2022 14:30

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin növbəti konserti 17 aprel tarixində təqdim olunacaq.  Böyük maraqla gözlənilən layihənin ideya müəllifi BMM direktoru, Xalq artisti Murad Hüseynovdur. "Muğam axşamları" nın bu dəfəki proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artistlər İlkin Əhmədov və Bəyimxanım  Vəliyeva "Zabul segah" muğamını  təqdim edəcəklər.  Qeyd edək ki, Musiqi mövsümü ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmani", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq sayəsində "Muğam axşamları" konsertləri radio dinləyicilərinə,  eyni zamanda  "Mədəniyyət" kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə təqdim olunur.

Layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq işıqlandırılmasında "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərməkdədir.

Milli.Az


Etiketlər:  Muğam axşamlarının aprel konserti təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ