Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 16:20
Ukraynalı oliqarx Viktor Medvedçukun özünün yeri sirr olaraq qalsa da, onun əmlakı bütün dünyada tapılaraq Ukraynanın xeyrinə ələ keçirilməkdə davam edir.
Məsələn, bir müddət əvvəl rusiyayönlü oliqarxın yaxtası tapıldı. İndi məlum olub ki, oliqarx Viktor Medvedçukun nəhəng yaxtası məhkəmənin qərarına uyğun olaraq ARMA-nın (Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin müəyyən edilməsi, axtarışı və idarə olunması üzrə milli agentlik) idarəçiliyinə veriləcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hazırda "Royal Romance" yaxtası Xorvatiyanın Riyeka limanındadır.