Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda içməli su niyə küçəyə axır? - VİDEO

Bakıda içməli su niyə küçəyə axır? - VİDEO

Tarix: 12 Aprel 2022 17:36

Su anbarından aylardır hündürmərtəbəli binanın həyətinə tonlarla şirin su axır. Bina sakinləri iddia edir ki, dəfələrlə aidiyyəti quruma müraciət etsələr də heç bir nəticəsi olmayıb. Onlar anbardan axan suyu kiçik arxlar vasitəsi ilə kanalizasiya xətlərinə yönəldə biliblər. Lakin yenə də suyun vurduğu maddi ziyandan yan keçə bilməyiblər. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə, ərazidə tikilən avtomobil qarajlarının anbarın mühafizə ərazisində olmasının, yaranmış problemin həllinə mane olduğunu bildirib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yerləşən 12F saylı binanın sakinləri demək olar ki, suyun bolluğundan şikayətlənir. Su gələn arxa, bir də gələr deyiblər, lakin, sakinlər suyun yenidən arxa gəlməsini istəmirlər. Onlar iddia edirlər ki, 3-4 aydır binalarının qarşısındakı su anbarından, nə az, nə çox, gündə 300-400 ton su həyətə axır. Çəkdiləri kiçik arxlar vasitəsi ilə suyu qismən də olsa kanalizasiya xətlərinə yönəltməyi bacaran sakinlər, məsələyə birdəfəlik əncam çəkə bilmirlər.

Sakinlər bildirib ki, suyun qarşısını ala bilmədiklərindən binanın qarşısındakı qarajları da su basıb ki, bu da bina sakinlərinə xeyli maddi ziyan vurub. Bundan əlavə sakinlər bildirib ki, su idarəsindən gələn əməkdaşlar, qarajların sökülməli olduğunu bildirib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "XəzərXəbər"ə bildirildi ki, məsələdən xəbərdardılar. Həmin ərazidə, anbarın mühfizə zonasında - giriş xətləri üzərində avtomobil dayanacağı yaradılıb. Xəttin təmir edilməsi üçün əraziyə texnika cəlb edilməlidir. Bunun üçün dayanacaq ərazisində qazıntı və söküntü işləri aparılmalıdır. Bununla bağlı MTK rəhbərliyinə xəbərdaredici məlumat verilib, lakin MTK rəhbərliyi bunun üçün şərait yaratmır.


Etiketlər:  Bakıda içməli niyə küçəyə axır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ